Sağlam qidalanma yalnız ümumi rifahı yaxşılaşdırmır, həm də bəzi xərçəng növlərinin riskini azalda bilər.
Foodinfo.az bildirir ki, diyetoloq və qastroenteroloq Nuria Dianova qeyd edib ki, veganlıq, lakto-ovo-vejetarianlıq (ət, balıq və quş əti istisna olmaqla, yumurta və süd məhsulları qəbul edilən qidalanma tipi) və pesko-vejetarianlıq (ət istisna, amma balıq və dəniz məhsulları saxlanılır) xərçəng riskini azalda bilər.
Dianova bildirib ki, 2025-ci ilin avqust ayında aparılmış araşdırma göstərib ki, gənc yaşda veganlar süd vəzisi və prostat xərçəngi riskini daha az yaşayırlar. Yaşlı pesko-vejetarianlarda isə kolorektal və süd vəzisi xərçənginin səviyyəsi daha aşağı olub. Vegan və lakto-ovo-vejetarianlarda limfoproliferativ və limfoid leykoz növləri daha az müşahidə olunub. Xüsusilə lakto-ovo-vejetarianlarda mədə xərçəngi riski azalıb.
Həkim qeyd edir ki, emal edilmiş ət mədənin və kolorektal xərçəngin riskini artıran əsas amillərdən biridir. Ət emal olunarkən (dumanlama, duzlama, nitrit və konservant əlavə edilməsi) kanserogen birləşmələr əmələ gələ bilər ki, bu da hüceyrələrin DNT-sini zədələyərək mutasiyalara və şişlərin inkişafına səbəb olur.
Dianova tövsiyə edir ki, əti balıq, yumurta və süd məhsulları ilə əvəzləmək, bitki mənşəli protein mənbələrini, tərəvəz, meyvə, göyərti və giləmeyvələri rasiona daxil etmək xərçəng riskini azaltmağa kömək edə bilər. Xüsusilə süd vəzisi və kolorektal xərçəngi riskini azaltmaq üçün bitki mənşəli qidaların üstünlük təşkil etdiyi qidalanma vacibdir.