Ermənistanın Statistika Komitəsi 2025-ci il oktyabrın 1-nə ölkə əhalisinin sayını 3 milyon 90 min 500 nəfər göstərib.
Medianews.az xəbər verir ki, yanvar-sentyabr aylarında 23 min 698 nəfər doğulub, 19 min 64 nəfər vəfat edib, 10 min 238 nikah, 3 min 617 boşanma qeydə alınıb.
2024-cü ilin eyni dövrü ilə müqayisədə doğumun 5 faiz, nikahların 12,5 faiz azaldığı, ölənlərin 0,6 faiz, boşanmaların 5,7 faiz artdığı xəbər verilir.
Medianews.az