“Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) Ermənistanın dəvət edilməsi ilə bağlı məndə məlumat yoxdur”.
Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazirin sözlərinə görə, bu tədbirin özünün formatı var: “Həmin format kontekstində hansı dövlətlərin dəvət edilməsi də müəyyən ediləcək. Bu tədbirə Azərbaycanla əməkdaşlığı olan, dəstəyə ehtiyacı olan ölkələr dəvət edilir. Ermənistanın dəvət edilməsi ilə bağlı məndə məlumat yoxdur”.