Ekvadorun El Oro əyalətinin Maçala şəhərində yerləşən həbsxanada məhbuslar arasında yenidən qarşıdurma baş verib.
Medianews.az xəbər verir ki, rəsmi qurumların məlumatına görə, insident nəticəsində 9 məhbus həlak olub.
Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmasa da, bu, həmin həbsxanada baş verən ilk qanlı toqquşma deyil.
Məlumata görə, 10 noyabrda eyni müəssisədə məhbuslar arasında baş verən qarşıdurmada 31 nəfər həyatını itirmişdi. Son olay, Ekvador həbsxanalarında uzun müddətdir davam edən təhlükəsizlik böhranını bir daha gündəmə gətirib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Medianews.az