Medianews.az
“Əks halda, çox pis şeylər baş verə bilər” -
67 baxış

“Əks halda, çox pis şeylər baş verə bilər” - Tramp İranı hədələdi

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında İranla aparılan gizli danışıqların gedişatı barədə danışıb.

Medianews.az “The Wall Street Journal”a istinadla xəbər verir ki, Tramp xüsusi nümayəndələri Stiven Vitkoff və Cared Kuşnerin İran tərəfi ilə intensiv təmasda olduğunu təsdiqləyib.

Prezident qeyd edib ki, hazırda yaxşı danışıqlar gedir və tərəflər arasında maraqlı görüşlər keçirilir:

“Onlar İran nümayəndələri ilə görüşür və yaxşı münasibətlər saxlayırlar. Lakin bizə real və əhəmiyyətli razılaşma lazımdır. İllərdir İranla məzmunlu saziş bağlamağın asan olmadığı aydındır. Biz məhz belə bir saziş əldə etməliyik, əks halda, çox pis şeylər baş verə bilər”.

ABŞ lideri həmçinin İranın nüvə proqramı və regional gərginliyin taleyinə yaxın 10 gün ərzində tam aydınlıq gətiriləcəyini vurğulayıb.

Bizə qoşulun