Medianews.az
Dünya çempionu davada öldürüldü
118 baxış

Dünya çempionu davada öldürüldü

Tacikistanda qarışıq döyüş sənəti (MMA) üzrə dünya çempionu, 15 yaşlı Məhəmmədəli Sadulloyev yaşıdları arasında baş verən davada öldürülüb.

Oxu.Az "Regnum" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Qarışıq Döyüş Sənəti Federasiyası məlumat yayıb.

Məlumata görə, hadisə yanvarın 12-nə keçən gecə olub. Münaqişənin səbəbləri və hadisənin yeri barədə məlumat verilməyib.

Mərhumun cənazəsi idmançının doğma şəhəri Kulyaba aparılıb və dəfn mərasimi orada keçiriləcək.

Xəbərdə bildirilir ki, 2024-cü ildə Sadulloyev öz yaş kateqoriyasında MMA üzrə dünya, 2025-ci ildə isə Tacikistan çempionu titulunu qazanıb.

Bizə qoşulun