Kurasao millisi tarixində ilk dəfə dünya çempionatında iştirak edəcək.
Oxu.Az xəbər verir ki, Şimali və Orta Amerika bölgəsi üzrə dünya çempionatının seçmə mərhələsinin C qrupunda yer alan Kurasao millisi 12 xalla qrupu lider başa vurub.
Final turunda isə B qrupunda yer alan yığma bu qrupda da 12 xal toplayaraq 2026-cı ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.
Yığma mundialda iştirak edəcək ən balaca ölkə olacaq. Ölkənin 444 kv.km ərazidə cəmi 155 826 nəfər əhalisi var, 2010-cu ildə müstəqil dövlət statusu alıb.
Qeyd edək ki, Kurasao yığmasını təcrübəli mütəxəssis Dik Advokat çalışdırır.