BƏƏ-nin Dubay şəhərində vurulan pilotsuz uçuş aparatlarının qalıqlarının düşməsi nəticəsində azı iki nəfər yaralanıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Dubay əmirliyi hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, dron qalıqları şəhərdə iki evin həyətinə düşüb, nəticədə iki nəfər yaralanıb. Yaralılara tibbi yardım göstərilib.
Daha əvvəl yerli KİV Dubayda İran hücumunu dəf edən hava hücumundan müdafiə sistemlərinin işi nəticəsində partlayış səslərinin eşidildiyini bildirmişdi.
