Medianews.az
Harri Keyn şəxsi rekordunu yenilədi
63 baxış

Harri Keyn şəxsi rekordunu yenilədi

"Bavariya"nın hücumçusu Harri Keyn Almaniya Bundesliqasının 24-cü turu çərçivəsində "Borussiya Dortmund"a qarşı oyunda (3:2) dubl edərək şəxsi rekordunu müəyyənləşdirib.

Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, Keyn cari mövsümdə bütün turnirlərdə vurduğu qolların sayını 45-ə çatdırıb.

Bu, ingilis hücumçuun karyerasında ən yaxşı nəticədir. O, "Bavariya"dakı debüt mövsümü olan 2023/24-cü illərdə 44 qol vurmuşdu.

Bundesliqada Keynin hesabında 30 qol var ki, onlardan da 10-nu penaltidən vurub. İngiltərəli futbolçu Almaniya çempionatında bir mövsümdə penaltidən vurulan qolların sayına görə Paul Braytnerin 1980/81-ci illər mövsümündə müəyyənləşdirdiyi rekordu təkrarlayıb.

Bizə qoşulun