Diyetoloq Olqa Yamilovanın sözlərinə görə, dondurma hər kəs üçün uyğun deyil və bəzi sağlamlıq problemləri olan insanlar üçün risk yarada bilər.
Medianews.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, süd zülalına allergiyası olan şəxslər dondurma qəbul etməməlidir. Laktoza dözümsüzlüyü olanlar isə yalnız laktozasız variantlara üstünlük verməlidirlər.
Həkim həmçinin vurğulayıb ki, piylənmə və şəkərli diabetdən əziyyət çəkən insanlar dondurmanın qəbulunu minimuma endirməlidirlər.
Bundan əlavə, mütəxəssis dondurma seçərkən tərkibə diqqət etməyi tövsiyə edib. Onun sözlərinə görə, ideal dondurma sadə tərkibli olmalıdır: süd, qaymaq və şəkər.
Medianews.az