Medianews.az
DİQQƏT: Bakını tıxacdan xilas etməyin yolu tapıldı
92 baxış

DİQQƏT: Bakını tıxacdan xilas etməyin yolu tapıldı

Dünya ölkələrində geniş şəkildə tətbiq olunan ödənişli yol və körpü layihələri son illər nəqliyyatın idarə olunmasında effektiv üsullardan biri hesab edilir. Maraqlıdır, bu təcrübə böyük şəhərlərdə tıxacların qarşısının alınmasına real təsir göstərə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, ödənişli yolların effektliyi onların tətbiq edildiyi məkandan asılıdır.

Ekspertin sözlərinə görə, hazırda Bakının daxilində ödənişli yol sistemi mövcud deyil, lakin şəhərdən kənara — magistral yollara çıxışda bu təcrübə qismən tətbiq olunur:

“Bakıdan rayonlara aparan magistral yollarda bəzi ödənişli hissələr var. Məsələn, Bakı–Quba istiqamətində adətən tıxac yaranmır. Sərnişinlər sadəcə daha sürətli və rahat hərəkət üçün bu ödənişli yol hissələrindən istifadə edirlər. Yəni burada tıxac problemini həll etmək məqsədi yoxdur.”

Hüseynli bildirib ki, dünya praktikasında şəhər mərkəzlərinə girişlərdə ödəniş tətbiq olunması tıxacların azalmasında mühüm rol oynayır. Məsələn, Nyu-Yorkun mərkəzi ərazilərinə daxil olmaq üçün sürücülər bəzən saatlıq 15-20 dollar ödəməli olurlar. Bu isə əhalinin ictimai nəqliyyata yönəlməsinə səbəb olur.

Ekspert hesab edir ki, oxşar təcrübə Bakı üçün də tətbiq oluna bilər:

“İçərişəhər, Dənizkənarı Bulvar və “Tarqovi” kimi mərkəzi ərazilərə fərdi avtomobillə girişə saatlara görə ödəniş tətbiq olunarsa, bu, həmin zonalarda nəqliyyat sıxlığını xeyli azaldar.”

Onun fikrincə, düzgün planlama ilə ödənişli giriş sistemi paytaxtdakı tıxac probleminin yumşaldılmasına töhfə verə bilər.

Bizə qoşulun