ABŞ-də üç gün palçıqda ilişib qalan 68 yaşlı qadın möcüzə nəticəsində xilas edilib.
Medianews.az xəbər verir ki, iyunun 3-də Minnesota ştatında baş verib.
Ketrin Vessner meşəlik əraziyə gedərkən avtomobili güclü yağışlardan sonra yaranmış palçıqda batıb. Qadın maşının ətrafından keçmək istəyərkən sürüşüb və dərin palçıq çuxuruna düşüb.
Vessner üç sutka ərzində çuxurda qalıb.
İyunun 6-da ərazidə kvadrosikletlə gəzən iki nəfər təsadüfən onun avtomobilini görərək yaxınlaşıb. Əvvəlcə qadının öldüyünü düşünsələr də, onun zəif səslə kömək istədiyini eşidiblər. Bundan sonra qadın çıxarılıb və hadisə yerinə təcili yardım çağırılıb.
Xəstəxanaya yerləşdirilən qadının həyatına təhlükə olmadığı bildirilir.
Medianews.az