Medianews.az
Həyatını itirən 168 qızı unutmadılar -
94 baxış

Həyatını itirən 168 qızı unutmadılar - İran millisindən bir QEYD

İran milli komandası Belçika ilə matçdan sonra bir qeyd yazıb və onu soyunub-geyinmə otağında qoyub.

Medianews.az xəbər verir ki, qeyddə İranin Minab şəhərindəki məktəbə edilən hücum nəticədə həlak olan 168 uşaqla bağlı ifadələr yer alıb.

"Min illər əvvəl qədim Farsdan bugünkü sivil İrana qədər ölkənin ruhu canlı və möhkəm olaraq qalır. Biz Los-Ancelesə qürurla gəldik, şərəflə yarışdıq və ləyaqətlə ayrıldıq. Los-Anceles, qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Və bu 180 dəqiqə ərzində İrana ürək, səs və ruh verən hər bir iranlıya təşəkkür edirəm. Qoy bütün millətlər arasında sülh, hörmət və dostluq hökm sürsün. #168 #Minab", - qeyddə bildirilir.

Medianews.az

Bizə qoşulun