Ukrayna və ABŞ nümayəndələri martın 21-i Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlar aparacaqlar.
Medianews.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski video müraciətində danışıb.
“Amerika tərəfindən Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün mövcud danışıqlar formatları çərçivəsində işləməyə hazır olduqları barədə siqnallar var. Danışıqlarda fasilə yaranıb və artıq buna son qoymağın vaxtıdır”, - Zelenski bildirib.
Onun sözlərinə görə, Ukraynanı Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Prezident Aparatının rəhbəri Kirilo Budanov, Ali Radada “Xalqın Xidmətçisi” fraksiyasının lideri David Araxamiya və xarici işlər nazirinin birinci müavini Sergey Kıslıtsya təmsil edəcəklər.
Zelenski bildirib ki, Ukrayna danışıqların həqiqətən mənalı olmasını təmin etmək üçün hər şeyi edir:
“Bizim prioritetimiz ləyaqətli sülhü təmin etmək üçün mümkün olan hər şeyi etməkdir”.
19.03.2026, 23:50
80
baxış
Vüqar