Medianews.az
Cüdo üzrə Beynəlxalq Masters Turnirinə
55 baxış

Cüdo üzrə Beynəlxalq Masters Turnirinə yekun vurulub

Almaniyanın Bremen şəhərində cüdo üzrə Beynəlxalq Masters Turnirinə yekun vurulub.

Medianews.az xəbər verir ki, yarışın son günündə U-21 yaş kateqoriyasında mübarizə aparan gənc oğlanlardan ibarət Azərbaycan yığması uğurlu çıxışı ilə seçilib. Millimiz 3 qızıl, 2 gümüş və 7 bürünc medal qazanaraq turniri komanda hesabında birinci pillədə başa vurub.

Cəsur İbadlı (-81 kq), Süleyman Şükürov (-90 kq) və Ramazan Əhmədov (+100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ayxan Mirzəzadə (-60 kq) ilə Əli Qazıməmmədov (-90 kq) gümüş medala sahib olublar.

Bürünc medalları isə Səlim Sultanov (-73 kq), Mehdi Abbasov (-81 kq), Roman Qarayev (-81 kq), Davud Namazlı (-100 kq), Vidad Əliyev (-100 kq), Eldar Əliyev (+100 kq) və Sübhan Axundov (+100 kq) əldə ediblər.

Qeyd edək ki, ötən gün U-18 yaş kateqoriyasında çıxış edən yeniyetmə oğlanlardan ibarət millimiz də 4 qızıl, 3 gümüş və 8 bürünc medalla yarışı ilk pillədə tamamlamışdı.

Bizə qoşulun