Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində 6-cı - ilin sonuncu turuna start veriləcək.
Publika.az xəbər verir ki, günün ilk matçı Qazaxıstanda baş tutacaq. "Kayrat" Yunanıstan təmsilçisi "Olimpiakos"u qəbul edəcək. Bu qarşılaşma saat 19:30-da başlayacaq.
Günün digər erkən matçında Almaniya nəhəngi "Bayern" doğma publika önündə "Sportinq"i sınağa çəkəcək.
Türkiyə təmsilçisi "Qalatasaray" Fransada "Monako"nun qonağı olacaq. Gecənin əsas matçında isə "İnter" və "Liverpul" birincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcəklər.
Bundan başqa, "Barselona" evdə "Qarabağ"ın növbəti turdakı rəqibi "Ayntraxt"la qarşılaşacaq. "Atletiko" PSV-nin, "Çelsi" isə "Atalanta"nın qonağı olacaq.
UEFA Çempionlar Liqası, 6-cı tur
9 dekabr
19:30 Kayrat - Olimpiakos
21:45 Bayern - Sportinq
00:00 Monako - Qalatasaray
00:00 PSV - Atletiko
00:00 Tottenhem - Slaviya Praqa
00:00 Union - Marsel
00:00 Barselona - Ayntraxt
00:00 İnter - Liverpul
00:00 Atalanta - Çelsi