Medianews.az
Çempionlar Liqasında antirekorda
93 baxış

Çempionlar Liqasında antirekorda imza atdı

"Bavariya"nın qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinin antirrekordu ilə diqqət mərkəzinə düşüb.

Medianews.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Bildirilib ki, ÇL-in yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində PSJ ilə qarşılaşmada (4:5) qolkiper bir dəfə belə seyv edə bilməyib. Parislilər qapı çərçivəsinə beş dəfə zərbə vurublar və hamısı qolla nəticələnib.

Qeyd olunur ki, ÇL-də daha əvvəl belə uğursuz qapıçı performansı uzaq 2000-ci ilə aiddir. Həmin vaxt "Çelsi"nin qapıçısı Ed de Quy "Barselona" ilə görüşdə bir seyv belə etmədən beş top buraxıb.//Oxu.Az 

Bizə qoşulun