Rusiyalı çeçen əsilli iş adamı və keçmiş senator Umar Cəbrayılov Moskvadakı otellərdən birində intihar edib.
Bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.
Oteldə Cəbrayılovun yanında 9 mm-lik “Luger” tapançası tapılıb.
“İş adamı naməlum şəxs kimi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, onun kimliyini sonradan təhlükəsizlik işçiləri müəyyən edib. Cəbrayılovun kəllə sümüyündə güllə yarası aşkarlanıb. Həkimlər keçmiş senatoru həyata qaytarmağa çalışsalar da, onu xilas edə bilməyiblər”, - məlumatda bildirilib.
Qeyd edək ki, Umarov 2020-ci ildə də intihara cəhd etmişdi./Axar.az/