"Qarabağ"ın hücumçusu Musa Qurbanlı ötən gün "Sabah"la keçirilən qarşılaşmada düşən dava barədə fikirlərini bildirib.
Medianews.az xəbər verir ki, 3:3 hesabı ilə bitən matçda Ağdam klubunun bərabərlik qolunu vuran forvard hər kəsin öz mədəniyyətini göstərdiyini bildirib.
O, "Sabah"ın məşqçisi Valerio Zuddasın qeyri-etik jesti barədə danışıb: "Bu barədə nə deyə bilərəm? Hər kəs öz mədəniyyətini göstərir. Əlbəttə ki, bu cür halların yaşanması xoş deyil".