Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkətlərindən biri olan “CDS Defence”, qardaş ölkəmiz Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub. Şirkətin Azərbaycan İdarə Heyəti sədrliyinə Baran Çelik təyin edilib.
Medianews.az xəbər verir ki, bu şirkətdən verilən məlumatda qeyd edilib.
Şirkət Azərbaycanda aşağıdakı sahələrdə fəaliyyət göstərəcək:
Mütəxəssislər bildirirlər ki, bu əməkdaşlıq Azərbaycanla Türkiyə arasında həm iqtisadi, həm də strateji əlaqələrin güclənməsi baxımından önəmli addım kimi qiymətləndirilir. “CDS Defence”in Azərbaycanda fəaliyyəti regional müdafiə sənayesi üçün yeni imkanlar açmaqla yanaşı, ölkəmizin müdafiə potensialının artırılmasına da töhfə verəcək.
Rəsmi açıqlamada vurğulanır ki, bu təşəbbüs qardaş ölkələr arasında hərbi və iqtisadi əməkdaşlığı daha da möhkəmləndirəcək./metbuat.az