Medianews.az
Bu pensiyalar 53 manat
137 baxış

Bu pensiyalar 53 manat artırılır

Ötən il ölkəmizdə minimum əməkhaqqı 16 faiz, pensiyaların minimum məbləği isə 14,3 faiz artıb. Nəticədə 3 milyondan çox vətəndaşımız bu sosial islahatlardan yararlanıb.

Medianews.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

O qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsində sosial xərclər büdcənin 41 faizini təşkil etməklə 17,1 milyard manat həcmində nəzərdə tutulub:

"Əmək pensiyalarının orta aylıq məbləği 2025-ci ildə 540 manat təşkil edib, 2026-cı ildə isə 590 manat olacağı nəzərdə tutulur. Bu il yaşa görə pensiyanın orta aylıq məbləğinin ötən ildəki 576 manatdan 53 manat artırılaraq 629 manata yüksəlməsi proqnozlaşdırılır. Pensiyaların minimum məbləğinə görə Azərbaycan dollar ekvivalenti ilə MDB məkanında ikinci yerdə, orta aylıq məbləğinə görə isə birinci yerdə qərar tutur. Əvvəlki illərdə olduğu kimi cari ildə də əvəzetmə əmsalı orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqına nisbəti 50,4 faiz təşkil etməklə Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında müvafiq konvensiyasının tələblərinə cavab verəcək".

Bizə qoşulun