Medianews.az
Bu ölkə doğuşa nəzarət vasitələrinə
93 baxış

Bu ölkə doğuşa nəzarət vasitələrinə vergi tətbiq edir

Çində doğum səviyyəsinin kəskin azalması hökuməti yeni addımlar atmağa vadar edib. Pekin rəhbərliyi 32 ildir vergidən azad olan doğuşa nəzarət vasitələrinə 13 faiz əlavə dəyər vergisi tətbiq olunacağını açıqlayıb.

Medianews.az xəbər verir ki, qərar 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək.

Məlumata görə, prezervativlər, doğuşa nəzarət dərmanları və spiral kimi məhsullara tətbiq edilən vergi 1993-cü ildən qüvvədə olan güzəşti ləğv edir. Rəsmilər bu addımı azalan doğum göstəriciləri, sürətlə qocalan əhali və işçi qüvvəsinin azalması ilə əsaslandırır.

Milli Statistika Bürosunun məlumatına əsasən, 2024-cü ildə Çində 9,5 milyon uşaq doğulub. Bu da 2019-cu illə müqayisədə təxminən 35 faiz azalma deməkdir. Doğumların azalması fonunda Çin 2023-cü ildə dünyanın ən çox əhalisi olan ölkə statusunu Hindistana ötürüb.

Qeyd edək ki, Çin uzun illər tətbiq etdiyi “bir uşaq” siyasətini 2015-ci ildən yumşaldaraq iki, daha sonra üç uşağa icazə verib. Yeni vergi qərarı isə əvvəlki stimullaşdırıcı siyasətlə ziddiyyət təşkil etdiyi üçün tənqidlərə səbəb olub.

Bununla yanaşı, hökumət doğum səviyyəsini artırmaq üçün sosial dəstək tədbirlərini də genişləndirməyi planlaşdırır. Belə ki, analıq məzuniyyəti 158 günə, atalıq məzuniyyəti isə 30 günə çatdırılacaq. 2025-ci ildən sonra doğulan uşaqlar üçün illik 500 dollar dövlət dəstəyi veriləcək.

Medianews.az

 

Bizə qoşulun