Medianews.az Avropanın aparıcı milli futbol çempionatlarının turnir cədvəllərinə nəzər salıb.
İngiltərə çempionatında “Arsenal” 70 xalla liderdir. “Mançester Siti” 61, “Mançester Yunayted” 54, “Aston Villa” 51, “Liverpul” 49, “Çelsi” 48 xal yığıb.
İspaniya çempionatında “Barselona” irəli çıxıb: 70 xal. “Real” 66, “Atletiko” 57, “Vilyarreal” 55 xal götürüb.
İtaliya çempionatında “İnter” 68, “Milan” 60, “Napoli” 59, “Komo” 54, “Yuventus” 53, “Roma” 51 xal toplayıb.
Almaniya çempionatında “Bavariya” 67 xalla öndədir. “Borussiya” (Dortmund) 58, “Hoffenhaym” və “Ştutqart” 50, “Leypsiq” 47, “Bayer” 45 xal qazanıb.
Fransa çempionatında PSJ 57, “Lans” 56, “Marsel” 49, “Lion” 47, “Lill” 44, “Monako” və “Renn” 43 xal əldə edib.