Medianews.az
Bodrumda milyonluq yaxtalar alovlandı -
57 baxış

Bodrumda milyonluq yaxtalar alovlandı - FOTOLAR

Türkiyənin Bodrum şəhərində yerləşən Yalıkavak Marina ərazisində partlayışdan sonra lövbər salmış qayıqlarda yanğın baş verib.

Yanğının küləyin təsiri ilə qısa müddətdə digər qayıqlara yayılması nəticəsində bir neçə yaxta alov içində qalıb.

İlkin məlumata görə, naməlum səbəbdən baş verən partlayışdan sonra marinada lövbərdə olan bir qayıqda yanğın başlayıb. Güclü külək səbəbindən alov yaxınlıqdakı qayıqlara keçib və qısa müddətdə ən azı 5 qayıq yanmağa başlayıb. Hadisə zamanı əsasən təxminən 20 metr uzunluğunda olan yaxtaların zərər gördüyü bildirilir.

Hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları, polis və 112 Təcili Tibbi Yardım qrupları cəlb olunub. Bundan əlavə, Sahil Mühafizəsi və Sahil Təhlükəsizlik qrupları dənizdən müdaxilə edərək yanğının yayılmasının qarşısını almağa çalışır.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir. Güclü külək səbəbindən alovun nəzarət altına alınması çətinləşir.

Hadisənin başvermə səbəbi araşdırılır. İlkin məlumatlara görə, yanğın nəticəsində milyon dollarlıq yaxtalara ciddi ziyan dəyib.

Bodrum'da milyonluk tekneler alev alev yanıyor

Bodrum'da milyonluk tekneler alev alev yanıyor

Bizə qoşulun