Medianews.az
Binəqədidə partlayışda xəsarət alanların vəziyyəti
62 baxış

Binəqədidə partlayışda xəsarət alanların vəziyyəti açıqlandı

Bakının Binəqədi rayonunda obyektdə baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb.

Nərimanov Tibb Mərkəzindən “Qafqazinfo”ya bildirilib ki, dünən saat 15:30 radələrində  Binəqədi rayonu ərazisindən partlayış baş verməsi səbəbilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 3 nəfərdən (kişi) 2-nin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

“Vəziyyəti ağır olan pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir”, - məlumatda deyilir.

Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində obyektdə partlayış baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 40kv.m. olan kafe kimi fəaliyyət göstərən obyektdə, ilkin ehtimala görə, qaz borusunda ani alışma nəticəsində partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə nəticəsində kafeyə ziyan dəyib, kafenin 3 nəfər işçisi xəsarət alıb.

Bizə qoşulun