Biləsuvar rayonunda ağır və faciəvi yol qəzası baş verib. Hadisə axşam saatlarında rayonun Bağbanlar kəndi ərazisində qeydə alınıb.
Medianews.az xəbər verir ki, “Lexus” markalı minik avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində yolun kənarındakı su kanalına aşıb. Güclü zərbə və avtomobilin qısa müddətdə suya qərq olması səbəbindən maşında olan beş nəfər kanalda boğulub.
Faktla bağlı araşdırma aparılır.