Britaniyalı 61 yaşlı Endryu Heys baş ağrıları və yorğunluq şikayəti ilə həkimə müraciət edib və müayinə zamanı beyində aqressiv qlioblastoma xərçəngi, ən təhlükəli və sürətlə yayılan beyin şiş növlərindən biri aşkar edilib.
Medianews.az "Mirror"a istinadən xəbər verir ki, həkimlər əməliyyatla şişin böyük hissəsini çıxarsalar da, sonradan tətbiq olunan müalicələr xəstəliyin irəliləməsini dayandıra bilməyib.
Nəticədə Heys yaddaş itkisi və gündəlik həyat fəaliyyətlərində çətinliklər yaşamağa başlayıb. O, ailəsi ilə vəziyyəti haqqında danışmaq istəmir.
Nəşrdə qeyd edilir ki, uzun müddətli baş ağrıları və davamlı yorğunluq, xüsusilə 60 yaşdan yuxarı insanlarda, ciddi xəstəliklərin əlaməti ola bilər. Bu zaman yoxlanışlar vaxtında həyata keçirilməlidir.
Medianews.az