"Barselona" azarkeşlərinin “El-Klasiko” öncəsi etdiyi səhv diqqət çəkib.
Medianews.az metbuat.az-a istinadla xəbər verir ki, azarkeşlər qarşılaşmadan əvvəl səhv salaraq öz komandalarının avtobusuna hücum ediblər. Daş atılan avtobusa ziyan dəydiyi bildirilib.
Hadisə zamanı avtobusda futbolçular və klub əməkdaşları da olub. Daha sonra isə Real Madrid nümayəndələrinin olduğu nəqliyyat vasitəsinin də hücuma məruz qaldığı qeyd edilib.