Medianews.az
“Bank BTB”nin ali rəhbəri dolayı yolla 4 lizinq şirkətində pay sahibidir
632 baxış

“Bank BTB”nin ali rəhbəri dolayı yolla 4 lizinq şirkətində pay sahibidir

“Bank BTB” ASC-nin səhmlərinin 17,68%-nin sahibi, Bankın Müşahidə Şurasının sədri Rza Sadiq dolayı yolla 4 lizinq şirkətində pay sahibidir. 

Medianews.az Yurd.Media-ya istinadən xəbər verir ki, R.Sadiqin yaxın qohumu Səbinə Sadiq Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Hermes Finance” ASC-nin səhmlərinin 50%-nə nəzarət edir. 

Bu şirkətin isə 3 lizinq şirkətində payı var. Belə ki, “Caspian Auto İmport” ASC-nin səhmlərinin 66,67%-i, “Baku Leasing” MMC-nin təsis paylarının 50%-i, “Level Leasing” ASC-nin isə səhmlərinin 38%-i “Hermes Finance”a məxsusdur. 

Bizə qoşulun