Medianews.az
Namiq Məna qəzaya düşən ailəsi... -
414 baxış

Namiq Məna qəzaya düşən ailəsi... - SON DƏQİQƏ açıqlaması

Quba rayonunda yağan qar səbəbi ilə KIA markalı avtomobil idarəetmədən çıxaraq qayadan aşıb. Avtomobildə isə sürücü, onun həyat yoldaşı və azyaşlı övladı olub. Hadisə maşında olan uşaq tərəfindən anbaan lentə alınıb.

Medianews.az xəbər verir ki, avtomobilin sürücüsünün tanınmış meyxana ustası Namiq Mənanın kürəkəni olduğu məlum olub. Yayılan videogörüntülərdə qışqıran qadın meyxanaçının qızı, hadisəni çəkən azyaşlı uşaq isə Namiq Mənanın nəvəsidir.

Məlumata görə, Namiq Mənanın qızı ixtisasca ingilis dili müəllimidir və hazırda məşhur liseylərindən birində pedaqoji fəaliyyət göstərir.

***

Quba rayonunda yağan qar səbəbilə KİA markalı avtomobil idarəetmədən çıxaraq qayadan aşıb. Avtomobildə isə sürücü, onun həyat yoldaşı və azyaşlı övladı olub. Hadisə avtomobildə olan uşaq tərəfindən anbaan lentə alınıb. 
Sonradan qəzaya düşən avtomobilin sürücüsünün tanınmış meyxana ustası Namiq Mənanın kürəkəni olduğu məlum olub. 
Meyxanaçı AZXEBER.COM-a açıqlamasında qızının və ailəsinin vəziyyətindən danışıb:
"Qızım ailəsi ilə tətilə yollanmışdı. Yollar buzlu olub, maşın sürüşüb və qayadan aşıb. Allaha çox şükürlər olsun ki, heç birinə bir şey olmayıb. Hər birinin səhhəti yaxşıdır".

Bizə qoşulun