Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen adanın ABŞ bayrağının rənglərindəki xəritəsinə sərt reaksiya verib.
Medianews.az xəbər verir ki, bu barədə Nilsen Feysbukda yazıb.
O bildirib ki, Ağ Evin aparat rəhbərinin müavini Stiven Millerin həyat yoldaşı Keti Millerin X-də paylaşdığı həmin xəritə hörmətsizlikdir.
Baş nazir vurğulayıb ki, bu şəkil panikaya səbəb olmamalıdır:
“Qrenlandiyanın Amerika bayrağına bükülmüş təsviri heç nəyi dəyişmir. Ölkəmiz satış üçün deyil və gələcəyimiz sosial media paylaşımları ilə müəyyən edilmir”.
Qeyd edək ki, miller paylaşımında “tezliklə” ifadəsini də əlavə edib.