Medianews.az
Azərbaycan limonu hansı ölkələrdən alır? -
71 baxış

Azərbaycan limonu hansı ölkələrdən alır? - Siyahıda Afrika ölkələri də var

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 18 912.34 ton təzə və ya qurudulmuş limon və laym idxal olunub. İdxalın dəyəri 17 milyon 826.76 min dollar təşkil edib.

Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə bu məhsullar üzrə 4.2 ton ixrac qeydə alınıb və ixracın dəyəri 3.44 min dollar olub.

2024-cü ilin 10 ayı ərzində ölkəyə ümumi dəyəri 18 milyon 471.34 min dollar olan 20 766.06 ton limon və laym idxal edilmişdi. Həmin dövrdə ixrac həcmi 7.34 ton, ixracın dəyəri isə 5.61 min ABŞ dolları səviyyəsində qeydə alınıb. Beləliklə, 2025-ci ildə əvvəlki ilin eyni dövrü ilə müqayisədə idxal həcmi və ixrac göstəricilərində azalma müşahidə olunub.

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana limon və laym əsasən aşağıdakı ölkələrdən gətirilib: Türkiyə - 12 239.91 ton (9 milyon 246.96 min dollar), Cənubi Afrika Respublikası - 5 131.02 ton (6 milyon 699.02 min dollar), Argentina - 652.59 ton (878.97 min dollar), İran İslam Respublikası - 381.74 ton (286.31 min dollar), Çin - 263.35 ton (341.44 min dollar), Zimbabve - 88.12 ton (110.15 min dollar), Braziliya - 83.89 ton (172.3 min dollar), Misir - 43.47 ton (54.34 min dollar), Botsvana - 26.35 ton (32.93 min dollar).

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan limon və laym ixracı əsasən Rusiya istiqamətində həyata keçirilib.

Bizə qoşulun