Medianews.az
Azərbaycanın səkkiz çempionu və indiki çempionat
131 baxış

Azərbaycanın səkkiz çempionu və indiki çempionat

1992-ci ildən başlayaraq Azərbaycanın milli futbol çempionatında səkkiz komanda zirvəni fəth edib.

Medianews.az bildirir ki, “Qarabağ” (Ağdam) 12 dəfə ölkə çempionu olub.

“Neftçi” (Bakı) bu titulu 9 dəfə qazanıb.

“Kəpəz” (Gəncə) 3 dəfə, “Şəmkir”, “Bakı” və “İnter” (indiki “Şamaxı”) 2 dəfə, “Turan” (Tovuz) və “Xəzər Lənkəran” 1 dəfə ölkə çempionu adını alıb.

Medianews.az qeyd edir ki, hazırda yüksək dəstənin (Misli Premyer Liqası) 2025-2026 mövsümü davam edir.

Bu günədək 33 turun 16-sı oynanıb.

“Sabah” (Bakı) 37 xalla öndədir.

“Qarabağ”ın 36 xalı var.

“Zirə” (Bakı) 28 xal, “Turan Tovuz” və “Sumqayıt” 27 xal, “Araz-Naxçıvan” 26 xal qazanıb.

“Şamaxı” və “Neftçi” 20 xal toplayıb.

“İmişli”nin 17, “Kəpəz”in 11, “Qəbələ”nin 8, “Karvan-Yevlax”ın 6 xalı var.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun