Medianews.az
Azərbaycanın qonşularla ticarəti –
94 baxış

Azərbaycanın qonşularla ticarəti – Hansı ölkə önə çıxıb?

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın qonşu ölkələrlə ticarətində Türkiyə önə çıxıb: 2,8 milyard dollar ixrac, 1,9 milyard dollar idxal.

Medianews.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Gömrük Komitəsi Rusiyanı 975,8 milyon dollar ixrac, 3,1 milyard dollar idxal, Gürcüstanı 557,3 milyon dollar ixrac, 142,05 milyon dollar idxal, Qazaxıstanı 80,8 milyon dollar ixrac, 519,4 milyon dollar idxal, Türkmənistanı 55,3 milyon dollar ixrac, 128,7 milyon dollar idxal, İranı 8,2 milyon dollar ixrac, 509,9 milyon dollar idxalla göstərir.

Qalan yaxın ölkələrlə alış-veriş belə rəsmiləşib:

Özbəkistan – 60,9 milyon dollar ixrac, 411,5 milyon dollar idxal;

Qırğızıstan – 14,3 milyon dollar ixrac, 51,7 milyon dollar idxal;

Tacikistan – 10,2 milyon dollar ixrac, 920,01 min dollar idxal;

Ukrayna – 196,2 milyon dollar ixrac, 233,3 milyon dollar idxal;

Belarus – 64,1 milyon dollar ixrac, 277,9 milyon dollar idxal;

Moldova – 4,06 milyon dollar ixrac, 4,6 milyon dollar idxal;

Estoniya – 18,3 milyon dollar ixrac, 10,2 milyon dollar idxal;

Latviya – 7,5 milyon dollar ixrac, 12,7 milyon dollar idxal;

Litva – 4,3 milyon dollar ixrac, 18,6 milyon dollar idxal.

On ayda Azərbaycan 175 ölkə ilə ticarət əməliyyatı aparıb, ixrac 21,6 milyard dolları, idxal 19,2 milyard dolları ötüb.

Ticarət dövriyyəsinin ilk beşliyində İtaliya, Türkiyə, Rusiya, Çin və Almaniya qərar tutub.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun