Medianews.az
Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə edilib
54 baxış

Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə edilib

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının Azərbaycana təxliyəsi davam edir.

28 fevral saat 08:00-dan 1 mart 14:00-dək Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə edilib.

İrandan Azərbaycana 18 Səudiyyə Ərəbistanı vətəndaşı, Tacikistanın 5, İordaniyanın 4, Qətərin 3, İtaliyanın isə 1 vətəndaşının təhlükəsiz keçidi təmin olunub.

Məlumat üçün bildirək ki, İrandan Azərbaycana 10 nəfərdən çox Çin vətəndaşının da təxliyəsi gözlənilir. Onlardan üçünün keçidi artıq həyata keçirilib./"Report"

Bizə qoşulun