Medianews.az
İlon Mask "X" platformasında tarixi aktivliyin qeydə alındığını bildirib
54 baxış

İlon Mask "X" platformasında tarixi aktivliyin qeydə alındığını bildirib

Amerikalı sahibkar İlon Mask fevralın 28-də "X" platformasında rekord səviyyədə aktivliyin olduğunu bildirib.

Bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

Maskın sözlərinə görə, fevralın 28-i sosial şəbəkənin tarixində ən aktiv gün olub. Bununla belə, sahibkar təfərrüat və rəqəmləri açıqlamayıb.

Xatırladaq ki, fevralın 28-də İsrail və ABŞ İrana genişmiqyaslı zərbə endirməyə başlayıblar./Oxu/Az

Bizə qoşulun