Medianews.az
Azərbaycanda məşhur həkimin evi yanaraq külə
88 baxış

Azərbaycanda məşhur həkimin evi yanaraq külə DÖNDÜ

Xaçmaz rayonunun Köhnə Xudat kəndində bu gün səhər saatlarında fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb.

Ev sahibi Qədir Hüseynov bildirib ki, hadisə səhər saat 07:00 radələrində qısaqapanma nəticəsində baş verib.

Onun sözlərinə görə, yanğın nəticəsində evdəki bütün əşyalar yanaraq yararsız hala düşüb. Elektrik və məişət avadanlıqları da tamamilə sıradan çıxıb.

Qədir Hüseynov deyib, baş vermiş yanğın nəticəsində təxminən 50-60 min manat həcmində maddi ziyan dəyib.

Qeyd edək ki, Qədir Hüseynov ləğv edilmiş Xudat Şəhər Xəstəxanasının sabiq baş həkimi olub. Hazırda isə o Xudat Ailə Sağlamlıq Mərkəzinin direktorudur.

Faktla bağlı araşdırma aparılır./Bizim.Media/

Bizə qoşulun