Medianews.az
Azərbaycan nefti: satış qiyməti ilə büdcədəki qiymətin fərqi
537 baxış

Azərbaycan nefti: satış qiyməti ilə büdcədəki qiymətin fərqi

Dekabrın 4-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 66,54 dollara təklif olunur. Bu, büdcə qiymətindən 3,46 dollar aşağı göstəricidir.

Medianews.az bildirir ki, Azərbaycanın 2025-ci il büdcəsində bir barrel neft 70 dollardan götürülüb, “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01, avqusta 72,70, sentyabra 70,54, oktyabra 69,86, noyabra 65,87, dekabra 66,22 dollarla başlayıb.

2026-cı ilin dövlət büdcəsində neftin barrelini 65 dollardan götürmək nəzərdə tutulur.

İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.

Medianews.az

Bizə qoşulun