Medianews.az
Azərbaycan benzini Ermənistanda neçəyə satılacaq? -
77 baxış

Azərbaycan benzini Ermənistanda neçəyə satılacaq? - Nazir DANIŞDI

“Yaxın günlərdə Ermənistana 20 vaqon Azərbaycan yanacağı gələcək”.

Bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bunu jurnalistlərə müsahibəsində deyib. O, Azərbaycan mediasının yanacağın ilk partiyasının artıq Ermənistana göndərildiyi barədə xəbərlərini təsdiqləyib.

"Məqsədimiz müharibə deyil, ticarətin aparıla biləcəyi bir sahəyə biznes gətirmək idi. Müharibə qurbanlar və itkilər gətirir, ticarət isə rifah gətirir", - deyə Papoyan əmin edib.

Bakı ilə Azərbaycan yanacağının davamlı tədarükü ilə bağlı dəqiq bir razılaşmanın olub-olmadığı soruşulduqda, nazir müsbət cavab verib: "Əlbəttə ki, razılaşma var, amma bu, gələcək bazar şərtlərindən asılıdır".

Ermənistanın özəl şirkətinin Azərbaycandan yanacağı hansı qiymətə aldığı ilə bağlı suala cavab olaraq nazir bildirib ki, bu, şəxsi məsələdir və onlar müdaxilə etmirlər.

"Qiymət məsələlərinə müdaxilə etmək düzgün deyil. Burada dövlətin işi düzgün mühit yaratmaqdır. Misirdən və ya Rusiyadan benzin idxal edərkən nə edirik? Eyni şeydir: lazımi hüquqi və müqavilə çərçivəsi yaradılır, siyasi mühit formalaşır, siyasi razılaşmalar əldə edilir və qalanını biznes görür", - deyə o bildirib.

Ermənistan bazarında Azərbaycan benzininin hansı qiymətə satılacağına gəlincə, Gevork Papoyan belə cavab verib:

"İndi bunu demək çətindir. İlk çatdırılma qeyri-standart olacaq və görünür, növbəti çatdırılma da qeyri-standart olacaq. Daha az və ya çox sabit, görünən bazar vəziyyəti yarandıqdan sonra hər şeyi aydın şəkildə deyə biləcəyik. Özəl sektorda qiymətlər rəqabətə əsasən müəyyən edilir. Məqsədimiz mümkün qədər çox bazar iştirakçısı və müxtəlif mənbələr təmin etməkdir. Bu, rəqabətin artmasına və nəticədə qiymətlərin mümkün azalmasına səbəb olacaq".

İqtisadiyyat naziri Azərbaycan benzininin hansı özəl vasitəsilə alındığını açıqlamayıb./Modern.az/

Bizə qoşulun