Medianews.az
Aynur Mirhəsənin anım günü
96 baxış

Aynur Mirhəsənin anım günü

Yanvarın 18-i mərhum jurnalist Aynur Mirhəsənin anım günüdür.

Medianews.az bildirir ki, 1976-cı il yanvarın 27-də doğulan Aynur Mirhəsən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Yeni Müsavat”, “Üç nöqtə”, “Həftə içi” qəzetlərinin reportyoru, Mediaforum.az saytının layihə rəhbəri, Ann.az saytının redaktoru olub.

2016-cı ildən Türkiyənin İstanbul şəhərində neyromarketinq üzrə ali təhsil alaraq orada yaşayan Aynur Mirhəsən 2020-ci il yanvarın 18-də vəfat edib, yanvarın 20-si Azərbaycanda, Şamaxı yaxınlığındakı Qayıblı qəbiristanlığında dəfn olunub.

2020-ci ilin may ayında mərhum jurnalistin “Azadlıq ibadəti” kitabı çapdan çıxıb, 2022-ci ildə xatirəsinə həsr olunmuş film hazırlanıb.

Bizə qoşulun