Bakıda qeydiyyata alınan avtomobillər üçün daha bir nömrə seriyası istifadəyə verilib.
Medianews.az xəbər verir ki, Bakıda "88”lə başlayan nömrə nişanlarının verilməsinə başlanılıb.
Bildirilib ki, son günlər paytaxt ərazisində bir neçə avtomobilin üzərində 88-lə başlayan qeydiyyat nişanlarına rast gəlinib. Hazırda bu nömrənin Bakı qeydiyyatında olan nəqliyyat vasitələrinə verildiyi bildirilir.