Avropanın aparıcı milli futbol çempionatlarının dördündə növbəti oyunlar arxada qalıb.
Medianews.az bildirir ki, İngiltərə çempionatında “Arsenal” 48 xalla öndədir. “Mançester Siti” və “Aston Villa” 42, “Liverpul” 34, “Çelsi” və “Mançester Yunayted” 31 xal yığıb.
İspaniya çempionatında “Barselona” 49, “Real” 45, “Atletiko” və “Vilyarreal” 38, “Espanyol” 33 xal götürüb.
İtaliya çempionatında “İnter” liderlik edir: 39 xal. “Milan” 38, “Napoli” 37, “Yuventus” və “Roma” 33 xal toplayıb.
Fransa çempionatında “Lans” 40, PSJ 39, “Marsel” və “Lill” 32, “Lion” və “Renn” 30 xal əldə edib.
Tətildən bu həftə dönəsi Almaniya çempionatında “Bavariya” 41, “Borussiya” (Dortmund) 32, “Bayer” və “Leypsiq” 29, “Hoffenhaym” 27, “Ştutqart” 26, “Ayntraxt” (Frankfurt) 25 xal qazanıb.