Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb.
Medianews.az xəbər verir ki, komandanı gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Milli komandanı hava limanında azarkeşlər, ictimaiyyət nümayəndələri qarşılayıblar.