Medianews.az
Arvadını amansızca qətlə yetirdi –
203 baxış

Arvadını amansızca qətlə yetirdi – Yeməyə görə

Rusiyada 42 yaşlı kişi həyat yoldaşını şorbaya toyuq doğramaq istəmədiyi üçün öldürüb.

Medianews.az xəbər verir ki, hadisə oktyabrın 17-də, Sverdlovsk vilayətində baş verib.

Müstəntiqlərin sözlərinə görə, qətldən sonra kişi, qadının dərisini soymağa cəhd edib və cəsədini onların bağçasında basdırmağı planlaşdırıb.

Qurban yoxa çıxandan bir həftə sonra rəfiqəsi onun itkin düşməsi barədə polisə məlumat vermək istəyib. Lakin kişi özü oktyabrın 25-də özü polisə zəng edib və qətli etiraf edib.

Məhkəmə onun barəsində qətl ittihamı ilə dekabrın 25-dək həbs qətimkan tədbiri seçib.

Məlumata görə, cinayətkar, həbsxanaya göndərilməyəcək. Rafis Xuzin bir həftə əvvəl Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb və artıq poliqonda təlim keçir. O, tezliklə SVO zonasına göndəriləcək.

Medianews.az

Bizə qoşulun