Avstriyada 39 yaşlı alpinisti sevgilisini dağda yalnız qoyub ölümünə səbəb olduğu üçün həbs gözləyir.
Medianews.az xəbər verir ki, 33 yaşlı qadın dağda donub ölüb.
Cütlük Qrossqlokner dağını fəth etmək üçün yola düşüb. Zirvəyə 50 metr qalmış qadın qəfildən özünü pis hiss edib və yola davam edə bilməyib. Sevgilisi kömək üçün gedərkən qadını dağda tək qoyub.
Polisin məlumatına görə, kişi təcrübəli alpinist olmasına baxmayaraq, qadını yürüşə zəif hazırlamışdı. Kişi qadına belə dağlara yararsız mexanizmlə qalxmağa icazə verib. Yürüş də planlaşdırılandan iki saat gec başlayıb.
Bu, kişinin faciəvi nəticəyə gətirib çıxaran yeganə səhvləri deyildi. Qadını sığınacaqlı yerə köçürə bilməyib və ya yorğanla örtməyib. Xilasedici helikopter yuxarıdan uçarkən alpinist siqnal verə bilməyib. Polis kişiyə zəng vurmağa çalışsa da, o, telefonunu söndürüb.
Kişi sevgilisinin vəziyyətini bildirdikdə xilasetmə əməliyyatına mane olan güclü külək əsməyə başlayıb. Xilasedicilər qadına çatsalar da, o, artıq ölmüşdü. O, 6,5 saat dağın yamacında olub.
İndi alpinist adam öldürmədə ittiham olunur və onu üç il həbs gözləyir.
Medianews.az