Almaniyada buldoq sahibini gəmirərək öldürüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bild" qəzeti məlumat verib.
Məlumata görə, 33 yaşlı kişinin cəsədi Lone şəhərinin rayonlarından birində xəndəkdə tapılıb. Polis nümayəndəsi bildirib ki, məhkəmə-tibbi ekspertizasının nəticələri bunu təsdiqləyib. Sahibinin ölümündən sonra buldoq onun cəsədin yanında oturmağa davam edib.
Operativ xidmətlər hadisə yerinə çatanda it qəribə davranmağa başlayıb və qəfil əhval dəyişiklikləri nümayiş etdirib. Heyvanın sahibinə etməsinin səbəbi hazırda məlum deyil. Hazırda buldoqa heyvan sığınacağındadır.