Medianews.az
Rusiyada faciə:
87 baxış

Rusiyada faciə: bir evdən 6 nəfərin meyiti tapıldı

Rusiyada altı nəfər mənzil binasında huşsuz vəziyyətdə tapılıb.

Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, hadisə Saratov vilayətinin Balakovo şəhərində baş verib.

Mənzildə doqquz və dörd yaşlı iki uşaq daxil olmaqla, 6 nəfərin cəsədi tapılıb. İlkin araşdırmalar göstərir ki, Onlar, evdə qaz avadanlıqları ilə iş aparıldıqdan sonra dəm qazından zəhərlənərək ölüblər.

Müstəntiqlər hazırda hadisə yerini araşdırırlar. Bir sıra məhkəmə-tibbi ekspertizası təyin edilib və şahidlər dindirilir.

Ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açılıb.

Medianews.az

Bizə qoşulun