Türkiyənin qaraciyər çatışmazlığından əziyyət çəkən tanınmış aktyoru Ufuk Özkan üçün donor tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə onun qardaşı Umut Özkanın açıqlamasında deyilir.
Bildirilir ki, Ufuk Özkanın daha əvvəl birlikdə çalışdığı quruluşçu operator Salih Kıvırcık donor olub.
Xatırladaq ki, 2023-cü ildə 50 yaşlı aktyora qaraciyər sirrozu diaqnozu qoyulub.
