ABŞ-də porno aktrisa keçmiş ərini öldürüb oğlu ilə evləndirib.
Medianews.az xəbər verir ki, porno aktrisa Devin Mayklsı keçmiş əri, rieltor Conatan Uiletti öldürməkdə təqsirli bilib.
Müstəntiqlərə görə, cütlük 2012-ci ildən 2018-ci ilə qədər evli olublar. Boşandıqdan sonra qadın kişinin oğlu ilə evləndi. 6 avqust 2023-cü ildə kişinin anası onun cəsədini ədyala bükülmüş halda tapıb. Cəsədin başı kəsilib və kimyəvi maddələrlə işlənilib.
Məlum olub ki, sorğu-sual zamanı Maykls keçmiş ərinə masaj edərkən onu "şamdan kimi bir şey" ilə vurduğunu iddia edib. Sonra qadın, onun başını kəsib, paltar səbətinə atıb.
Nə baş, nə də parçalanma zamanı istifadə oluna biləcək hər hansı alət tapılmayıb. Vəkil qadının fiziki cəhətdən iri bir kişinin başını kəsə bilməyəcəyini iddia edib və onun günahsız olduğunu israr edir.
2024-cü ildə qadın, 15 ildən sonra azadlığa çıxacağına ümid edərək, etiraf müqaviləsinin bir hissəsi olaraq günahını etiraf edib. Lakin hökm oxunarkən o, yenidən özünü təqsirli bilməyib. Daha sonra iş münsiflər heyətinə verilib. İndi onu ömürlük həbs cəzası gözləyir.
Medianews.az