Medianews.az
Abşeron rayonunun bir hissəsində
64 baxış

Abşeron rayonunun bir hissəsində qaz olmayacaq

Abşeron rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.

Medianews.az xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar olaraq iyunun 2-də saat 10:00-dan işlər başa çatanadək Masazır qəsəbəsinin Əliağa Vahid, Dədə Qorqud, Niyazi, 28 May, H.Z.Tağıyev, Süleyman Rüstəm, Hamlet Həşimov və Şıxəli Qurbanov küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizə qoşulun